Azərbaycana qar yağır - FOTO

Hazırda oxunan: Azərbaycana qar yağır - FOTO

73706
Ötən gün axşam saatlarından Daşkəsən rayonuna güclü qar yağmağa başlayıb. 

Moderator.az  Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, hazırda rayon mərkəzində qarın qalınlığı 10 sm, nisbətən yüksək ərazilərdə isə 15-20 santimetrə çatıb. 

Daşkəsən rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yağan qar ciddi fəsad yaratmayıb. Avtomobillərin normal hərəkəti üçün yollar nəzarətdə saxlanılır. Əhalinin elektrik enerjisi və təbii qazla təchizatı da normal qaydadadır. 

Digər dağ rayonu olan Gədəbəydə də qarlı-şaxtalı hava müşahidə olunur. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin sözlərinə görə, hazırda rayon mərkəzində qarın qalınlığı 5 santimetrə çatıb. Ancaq yağan qar ciddi problemlərə yol açmayıb. Kəndlərlə rayon mərkəzini birləşdirən yollar açıqdır. 

İşıq və qaz verilişində uzunmüddətli fasilələr müşahidə olunmur. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin