Bakıda ərlə arvad uşaq üstündə bir-birilərini al qana qəltan etdilər

Hazırda oxunan: Bakıda ərlə arvad uşaq üstündə bir-birilərini al qana qəltan etdilər

73618
Bu gecə Bakının Suraxanı rayonunda ərlə arvad küçənin ortasında dalaşıb. Hüquq mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hadisə Zığ qəsəbəsində qeydə alınıb.

Belə ki, 24 yaşlı Z.Q. həyat yoldaşı 21 yaşlı F.D.-dən ayrılıb. Rəsmi boşanma olmasa da, cütlük arasında mübahisə yarandığından onlar bir müddət əvvəl ayrı yaşamağa başlayıblar.

Yeni ailə qurmuş cütlüyün azyaşlı oğlu isə anada qalıb. Lakin dünən gecə ata oğlunu aparmaq istəyib.

Gənc ana isə övladından ayrılmaq istəməyib. Oğlunun aparılmasına mane olmaq istəyərkən ərlə arvad arasında mübahisə yaranıb. Mübahisə əlbəyaxa davaya çevrilib.

Dava zamanı 24 yaşlı kişi baş və qarın nahiyyəsindən, 21 yaşlı qadın isə gözündən xəsarət alıb. Hər iki yaralı xəstəxanaya müraciət edib. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin