Tovuzda güllə evi partlatdı

Hazırda oxunan: Tovuzda güllə evi partlatdı

73487
Tovuzun Əlibəyli kəndində evlərin birində güclü partlayış olub. 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, partlayış nəticəsində kənd sakini 53 yaşlı Atlaz Şirinova ağır yaralanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas ediblər. Onun ayağında və bənənində bir neçə qəlpə çıxarılıb.

Hazırda yaralının vəziyyəti orta-ağırdır.

Partlayışın səbəbinə gəlincə, evdə qazın zəif olduğunu görən evin xanımı Atlaz Şirinova bağdan odun gətirərək sobaya atıb. Bir neçə dəqiqə keçəndən sonra üçü uşaq olmaqla 7 nəfərin yaşadığı evdə qızdırıcı sobada partlayış olub.

Araşdırmalar zamanı məlum olub ki, ocağa atılan odunları içində partlamamış güllə olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin