Polislər qəzaya düşdü: 5 yaralı

Hazırda oxunan: Polislər qəzaya düşdü: 5 yaralı

71875
Bu gün səhər saat 11 radələrində İsmayıllı rayonunda yol polisləri qəzaya uğrayıblar. 

Rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, qəza zamanı 5 nəfər xəsarət alıb.

Belə ki, Muğanlı-İsmayıllı yolunun 21-ci kilometrliyində, İsmayıllı rayonunun Basqal kəndi ərazisindən keçən hissəsində yol polisinin 10-YP-795 dövlət nömrə nişanlı BMW markalı minik maşını ilə “KİA Sorento”x9d markalı avtomobil toqquşub.

Qəza zamanı yol polisi əməkdaşları, Göyçay rayon sakinləri 1967-ci il təvəllüdlü Mahmud Musayev və 1987-ci il təvəllüdlü Vüsal Balıyev xəsarət alıb. Bundan başqa, “KİA Sorento”x9d markalı minik maşınında olan sürücü və 2 sərnişin yaralnıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin