O, müalicə üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Bakıda azyaşlı uşağın əli ətçəkən maşında qalıb.
Moderator.az xa0xəbər verir ki, APA -nın məlumatına görə, hadisə Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən xa0təzə tikilidə qeydə alınıb. Valideynlərindən xəbərsiz elektrikli ətçəkən maşını işə salan 3 yaşlı Ballı Məmmədli xa0İsmayıl qızının sağ əli maşının içində xa0qalıb. Uşağın əlini ətçəkən maşından ayıra xa0bilməyən qohumlar Fövqəladə Hallar Nazirliyin 112 "qaynar xətti"nə zəng vuraraq kömək istəyiblər.
xa0
Dərhal hadisə yerinə gələn xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə qızın əlini ətçəkəndən çıxara biliblər. Ballı Məmmədli daha sonra Elmi - Tədqiqat xa0Travmatologiya xa0İnstitutuna aparılıb. Həkimlər xa0balaca qıza xa0 sağ əlin əzilmiş, didilmiş yarası, 2-ci daraq sümüyünün açıq sınığı və barmaq vəzlərinin əzilməsi diaqnozunu qoyublar. O, müalicə üçün xa0reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə hazırda yaralının vəziyyəti kafidir. Qeyd edək ki, hadisə baş verən zaman xa03 yaşlı Ballı Məmmədlinin valideynləri evdə olmayıb.

































































































