Bakıda təcili yardım maşını qəza törətdi - FOTO

Hazırda oxunan: Bakıda təcili yardım maşını qəza törətdi - FOTO

66912
Hadisə baş verən zaman təcilli yardım maşınında xəstə olub.

Bakıda təcilli yardım maşını qəzaya düşüb.

Moderator.az -ın avtolent.az-a istinadən məlumatına görə, hadisə bu gün axşam saat 19.00 radələrində Zabrat-Maştağa yolunda qeydə alınıb. 90 JM 618 dövlət nömrə nişanlı təcilli tibbi yardım avtomobili “VAZ-21099”x9d markalı minik maşını ilə toqquşub. Nəticədə bir nəfər yüngül xəsarət alıb.

Qəzadan sonra “VAZ-21099”x9d markalı maşın hadisə yerindən uzaqlaşıb. Hadisə baş verən zaman təcilli yardım maşınında xəstə olub. Həmin xəstə hadisə yerinə gələn başqa bir təcilli yardım maşını ilə xəstəxanaya aparılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin