Bakıda səfirlik maşını qəza törətdi, gənc qız öldü

Hazırda oxunan: Bakıda səfirlik maşını qəza törətdi, gənc qız öldü

65922
Bir neçə dəqiqə əvvəl Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol qəzası baş verib.

ABŞ səfirliyinə məxsus “Chevrolet”x9d markalı maşınla motosiklet toqquşub. Qəza “Chevrolet”x9d ABŞ səfirliyinin Azadlıq prospektində yerləşən binasına dönərkən baş verib. Böyük sürətlə hərəkət edən motosiklet səfirliyin maşınına arxadan çırpılıb.

Qəza zamanı motosikletdə yedəkdə oturan qız hadisə yerindəcə keçinib. Motosikletin sürücüsü olan gənc isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Motosikletdə əyləşən qızın qoruyucu kaskası olmayıb.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib. Araşdırma gedir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin