Orta məktəbdən verilən məlumata görə, məktəbin qazanxanasında baş vermiş yanğın söndürülüb.
Məktəbdən bildirilib ki, yanğın məktəbin tədris binasından kənarda baş verib. Məktəbin qazanxanasına verilən qaz xəttində yanğın baş verib.
Yanğın tədris prosesinə təsir etməyib. Hadisənin necə baş verməsi barədə araşdırma aparılır.
11:38
Binəqədi rayonu, İbrahimpaşa Dadaşov, 73 ünvanında 102 saylı məktəbdə yanğın baş verib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Publika.az-a verilən məlumat əsasən artıq hadisə yerinə 2 briqada göndərilib.
Lakin hələ ki həkimə müraciət edən olmayıb. Təcili yardım briqadaları hələ də hadisə yerindədir.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məktəbdə yerləşən qazanxanada güclü yanğın baş verib. Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində müəllim və şagirdlər binadan təxliyyə olunublar.(publika.az)



























































































