34 yaşlı ana özünü asdı

Hazırda oxunan: 34 yaşlı ana özünü asdı

63373
Bu gün Xaçmaz rayonun Xudat şəhərində səhərə yaxın intihar hadisəsi baş verib. 

ANS PRESS-in məlumatına görə, hadisə Xudat şəhərinin birinci şöbə adlanan yeni salınmış yaşayış massivində baş verib. İntihar edən şəxs 1980-ci il təvəllüdlü Əhmədova Zöhrə Şamil qızıdır. O, yaşadığı evin həyətində çörək bişirmək üçün ayrılmış yerdə özünü asaraq intihar edib.

Bu barədə onun ailə üzvləri səhər saat 9:00 radələrində Xaçmaz rayon polis şöbəsinin Xudat bölməsinə xəbər veriblər.

Hadisə yerinə polis və Xaçmaz rayon Prokurorluq əməkdaşları gəlib. Mərhumun meyidi tibbi ekspertiza üçün morqa aparılıb. Faktı Xaçmaz rayon prokurorunun böyük köməkçisi Əlibaba Şahvələnov təsdiqləyib.

Qeyd edək ki, mərhumun məktəbli övladları var. Onlar dindirilmə zamanı analarının heç bir problem olmadığını deyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin