Gəncədə iki avtomobil toqquşub, 1 nəfər ölüb və 1 nəfər yaralanıb - FOTOLAR

Hazırda oxunan: Gəncədə iki avtomobil toqquşub, 1 nəfər ölüb və 1 nəfər yaralanıb - FOTOLAR

60812
Bu gün səhər saat 7 radələrində Gəncə şəhəri Şah İsmayıl Xətai prospekti ilə Atatürk prospektinin kəsişməsində olümlə nəticələnən yol qəza hadisəsi baş verib. 

Gəncə sakini 30 yaşli Vüqar Qasımovun idarə etdiyi VAZ 21 06 markalı avtomobillə Göygöl sakini 53 yaşli Surahi Həsənovun idarə etdiyi CHEVROLET markalı avtomobil toqquşub. Nəticədə VAZ - ın sürücüsü Vüqar Qasımov hadisə yerindəcə dünyasini dəyişib. Digər avtomobilin sürücüsü Sürahi Həsənov isə ağır dərəcəli xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının  reanimasiya şöbəsinə yerləşdirilib. Dünyasını dəyişən sürücünün meyitini avtomobildən çıxarmaq üçün hadisə yerinə FHN-nin xilas ediciləri də cəlb olunub. Onlar xüsusi alət ve avadanlıqlardan istifadə etməklə meyiti avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Qəzanın başvermə səbəbləri araşdırılır.(kepeztv.az)





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin