Günəşdə baş verən partlayışlar güclü maqnit qasırğasına səbəb olub

Hazırda oxunan: Günəşdə baş verən partlayışlar güclü maqnit qasırğasına səbəb olub

59810
Son günlər Günəşdə güclü partlayışlar qeydə alınıb.

Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, oktyabrın 25-27-də Günəşdə 4 güclü partlayış baş verib. Oktyabrın 25-də baş verən partlayış ötən gün Yerdə maqnit qasırğasına səbəb olub. Sonrakı 2 gündə baş verən partlayışlarda isə alışma güclü olsa da, atılma Yerə istiqamətlənmədiyindən təsiri zəifdir: “Oktyabrın 25-də iki alışma qeydə alınıb. Ən güclü alışma X 3,1 balında olub və gecə saat  01:07-də başlayaraq saat 01:41-də qurtarıb. Bu qasırğa oktyabrın 28-də Yerdə maqnit qasırğası yaradıb. Oktyabrın 25-də növbəti partlayış baş verib. Axşam 20:55-də başlayıb, 21:08-də başa çatan partlayışın gücü isə 1 bal olub. Oktyabrın 26-da X 2 bal gücündə olan növbəti partlayış baş verib ki, o da 14:04-də başlayıb, 14:46-da başa çatıb”.
 
N.Cəlilov qeyd edib ki, bu Günəş partlayışlarının hamısı güclü olsa da, Yerə tərəf atılmalar zəif olduğuna görə güclü qasırğaya səbəb olmayıb.
 
Onun sözlərinə görə, Günəşdə növbəti partlayış oktyabrın 27-də baş verib. X 2 bal gücündə olan partlayış saat 18:02-də başlayıb, saat 18:47-də qurtarıb: “Oktyabrın 27-də baş vermiş partlayışın hansısa təsiri olsa, sabah hiss olunacaq. Amma ehtimal azdır. Çünki disk dönüb və partlayışın istiqaməti Yerə yox, başqa tərəfədir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin