Şəkidə mikroavtobus aşdı - Xəsarət alanlar var

Hazırda oxunan: Şəkidə mikroavtobus aşdı - Xəsarət alanlar var

583034
Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşub.
 
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.
 
Belə ki, hərəkətdə olan “Mercedes-Benz” markalı mikroavtobus öncə “Toyota Prius” markalı minik avtomobili ilə toqquşub, daha sonra yoldan çıxaraq aşıb. Nəticədə biri azyaşlı olmaqla 6 nəfər xəsarət alıb.
 
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin