Bakıda qadın ərinə görə riskə getdi

Hazırda oxunan: Bakıda qadın ərinə görə riskə getdi

58240
Bakıda həbsxanaya mobil telefon keçirilməsinin qarşısı alınıb. ANS PRESS-in Pentensiar Xidmətə istinadən verdiyi məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsində axtarış-əməliyyat tədbirləri həyata keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2; 279.1 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Urfan Fikrət oğlu Umayevin yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Şabran rayonu, Rəhimli kəndində yaşayan vətəndaş Tamilə Simran qızı Paşayevanın əl çantasının içərisində gizlədilmiş, daxilində “Cin” danışıq kartı olan bir ədəd “Nokia” markalı mobil telefon aparatı, 1 ədəd qulaqcıq və gətirdiyi sovqatın içərisində gizlədilmiş 1 ədəd əl bıçağı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin