İki hərbçimiz də minaya düşüb, biri şəhid oldu - Yenilənib

Hazırda oxunan: İki hərbçimiz də minaya düşüb, biri şəhid oldu - Yenilənib

577549
Kəlbəcərdə mina partlayışı nəticəsində şəhid olan hərbçimizin kimliyi məlum olub.
 
Oxu.Az-ın məlumatına görə, minaya düşərək şəhadətə ucalan hərbçimiz baş gizir Hümbətov Zöhrab Məmməd oğludur.
 
***
 
Kəlbəcərdə mina partlayışı zamanı 4 mülki şəxsdən əlavə 2 nəfər hərbçi də minaya düşüb.
 
***
 
Kəlbəcərdə mina partlaması nəticəsində bir nəfər ölüb.
 
APA xəbər verir ki, baş verən partlayışda üç nəfər isə xəsarət alıb.
 
***
 
Kəlbəcər rayonunda 4 nəfər minaya düşüb.
 
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
 
Belə ki, bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
 
"Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər", - DİN-in məlumatında bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin