Gürcüstanda 30 yaşlı azərbaycanlı qadın intihar etdi FOTO

Hazırda oxunan: Gürcüstanda 30 yaşlı azərbaycanlı qadın intihar etdi FOTO

57515
Gürcüstanın Qaraçöp (Saqareco) elinin Ləmbəli kəndində qadın özünü asıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “Rustavi-2” televiziya kanalı məlumat yayıb.

"Intihar etmiş qadını asılmış vəziyyətdə ailə üzvləri tapıb. Ləmbəli kənd sakinləri intiharı bir gün əvvəl baş vermiş hadisə ilə əlaqələndiriblər. 30 yaşlı Ləmbəli kənd sakini Xanım Ceyranovanı ərinin qohumları qəddarcasına döyüblər. İlkin versiyaya görə, dəhşətli hadisənin səbəbi qısqanclıq olub. Qohumlar qadını əvvəl kəndin mərkəzində, sonra isə kənddəki mağazanın arxasında döyərək, atası evinə aparıblar", Rustavi-2 televiziyasının xəbərlər proqramında bildirilib.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb. Polis hadisəni araşdırır.







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin