Qəbələdə dağlıq ərazidə itkin düşən şəxs gəzmək adı ilə evdən çıxıbmış - YENİLƏNİB

Hazırda oxunan: Qəbələdə dağlıq ərazidə itkin düşən şəxs gəzmək adı ilə evdən çıxıbmış - YENİLƏNİB

574674
Qəbələdə 4 gün əvvəl itkin düşən Səyavuş İbrahimxəlil oğlu Həmidovun tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam edir.
 
APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarından FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub.
 
Axtarışda FHN-nin əməkdaşları ilə yanaşı, itkin düşən şəxsin yaxınları və qohumları da iştirak edirlər. Axtarışlar Qəbələnin şimal tərəfindəki dağətəyi ərazilərdə, dağlarda və Şonqar bulağı adlanan ərazidə aparılır.
 
İtkin düşən şəxsin qardaşı Mehdi Həmidov bildirib ki, S.Həmidov gəzmək adı ilə evdən çıxıb və bir daha geri dönməyib: 
 
“Hazırda ailəsi və yaxınlarımız pərişan və həyəcanlı gələcək xoş xəbər igözləyirik. Ümid edirik ki, tez bir zamanda qardaşım tapılacaq”.
 
12:08
 
Qəbələdə 1 nəfər dağlıq-meşəlik ərazidə itkin düşüb.
 
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
 
FHN-in "112" qaynar telefon xəttinə noyabrın 30-da Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşmüş 1 nəfərin axtarışlarının aparılması üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
 
"Report"un əldə etdiyi məlumata görə, həmin şəxs Qəbələ rayon sakini, 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğludur.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Report"un sorğusuna cavab olaraq bildirib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsinə məlumat daxil olub.
 
Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri keçirilir.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin