Bərdə sakini "intihar körpüsü"ndən özünü atmaq istəyib - FOTOLAR

Hazırda oxunan: Bərdə sakini "intihar körpüsü"ndən özünü atmaq istəyib - FOTOLAR

57120
Bakıda “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar edəcəyini deyən şəxs xilas edilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları, psixoloqlar, həmçinin polis gəlib.
 
FHN əməkdaşlarının həmin şəxslə apardıqları söhbət nəticəsində o, fikrindən daşınıb. O, xüsusi kran vasitəsi ilə təhlükəsiz şəraitdə körpüdən endirilib.
 
İntihara cəhd edən şəxsin Bərdə rayon sakini, 1986-cı il təvəllüdlü Abbasov İlkin Yelmar oğlu olduğu, Bakıda marşrut avtobuslardan birində sürücü işlədiyi bəlli olub.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.(apa)






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin