Rayonun Qırmızı Oktyabr qəsəbəsinin (Bərəkallah, ad hər şeyi deyir...) bir qrup sakini mavi yanacaq olmaması davasına çıxdıqlarına görə bərk peşman olublar. Belə ki, sentyabrın 28-də qəsəbənin qadınlı-kişili onlarla sakini Yevlax-Bərdə yolunu kəsərək aksiya keçirmək istəyiblər. Bu zaman hadisə yerinə çağrılan Yevlax polisi aksiyanın qarşısını alıb. Polis əməkdaşları bir neçəsi qadın olmaqla xeyli sayda etirazçını polis şöbəsinə aparıb. Burada qadınların və kişilərin hər biri 50 manat məbləğində cərimələnib. Saxlanılan şəxslərdən bir daha belə etiraz formasına əl atmayacaqları barədə sənədə qol çəkdirərək buraxsalar da kişilərdən iki nəfər-Məmmədov Elzamin Haqverdi oğlu və Məmişov Yaşar Soltanəli oğlu haqqqında rayon məhkəməsinin qərarı ilə iki aylıq inzibati həbs qərarı verilib.
P.S.Məsələ ilə bağlı DİN-nin də möveyini dərc etməyə çalışacayıq.
































































































