Öz toyundan qayıdan Bakı sakininin faciəsi

Hazırda oxunan: Öz toyundan qayıdan Bakı sakininin faciəsi

55884
Bakı sakini olan nişanlı oğlan Ağdaş rayonunda faciəli şəkildə dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün Yuxarı Şirvan kanalının Ağdaş rayonu ərazisindən keçən hissəsində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında qeydə alınıb.

1987-ci il təvəllüdlü Bakı sakini Rəsulov Fuad Faiq oğlu dostları ilə birgə nişanlısı olan qızın Qazax rayonunda keçirilən toy mərasimindən qayıdarkən avtomobili kanalın kənarında saxlayaraq çimmək istəyib. Fuad Rəsulov kanalda çimərkən qəflətən boğularaq dünyasını dəyişib. 

Onun meyitini sudan tapıb çıxarmaq hələ ki, mümkün olmayıb. Hazırda hadisə yerində olan FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları 27 yaşlı oğlanın meyitinin tapılması istiqamətində iş aparırlar. Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 27-də Fuad Rəsulovun özünün toy mərasimi olacaqdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin