Xaçmazda ağır yol qəzası: 6 nəfər yaralanıb

Hazırda oxunan: Xaçmazda ağır yol qəzası: 6 nəfər yaralanıb

54548
 Dünən axşam saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Pirquluoba kəndi ərazisində qeydə alınıb. Tarverdiyev Samir Mustafa oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla Cəbrayılov Vahid Vaqif oğlunun idarə etdiyi eyni markalı avtomaşın toqquşub.
 
Qəza nəticəsində hər iki maşında olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlar ”“Xaçmaz rayonu, Pirquluoba kənd sakinləri 1982-ci il təvəllüdlü Tarverdiyev Samir Mustafa oğlu, 1992-ci il təvəllüdlü Tarverdiyev Rəşad Tarıverdi oğlu və Bakı şəhərinin Qobustan qəsəbə sakinləri 1987-ci il təvəllüdlü Qədirov Kamran Xudaverdi oğlu, 1985-ci il təvəllüdlü Cəbrayılov Vahid Vaqif oğlu, 1989-cu il təvəllüdlü Cəfərov Elvin Ağacəfəroğlu, İmamquliyev Əlsafa Ramiz oğludur.
 
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır. (apa)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin