Kürdəmirdə yük avtomobili aşıb, sürücü ağır xəsarət alıb

Hazırda oxunan: Kürdəmirdə yük avtomobili aşıb, sürücü ağır xəsarət alıb

54518
Kürdəmir rayonunda yük avtomobili yoldan çıxaraq aşıb.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun 42-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində qeydə qeydə alınıb.
 
Kürdəmir rayon Qarabucaq kənd sakini, 1960-cı il təvəllüdlü Umudov Əlvan Nadir oğlu “SHACMAN” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və qumla dolu yük maşını yoldan çıxaraq aşıb.
 
Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin