8 nəfər dağıntı altında qalıb - FOTO

Hazırda oxunan: 8 nəfər dağıntı altında qalıb - FOTO

54411
Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından 8 nəfərin dağıntılar altında qaldığı məlum olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, dağıntılar altında qalanlardan 5 nəfər xilas olunub.

Hələ də dağıntılar altında 3 nəfər qalıb. Hazırda hadisə yerində xilasedicilər çalışırlar. 

Qeyd edək ki, Abşeron rayonu ərazisində, Xırdalan şəhərində güclü partlayış baş verib. Partlayış tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında qeydə alınıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində qeydə alınıb.

Partlayış nəticəsində yaralananlardan 5 nəfər Kliniki Tibbi Mrəkəzə yerləşdirilib. Yaralılardan 4-nün vəziyyətinin yüngül olduğu üçün ambulator müalicəyə buraxıldığı deyilir.




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin