Tovuzda zəncirvari yol qəzası: yaralanan var - VİDEO

Hazırda oxunan: Tovuzda zəncirvari yol qəzası: yaralanan var - VİDEO

54279
Tovuzda 4 avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.
 
Hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib.
 
Rayonun Bozalqanlı kənd sakini, Seymur Abdullayevin sürətlə idarə etdiyi "VAZ 2107" markalı avtomobil idarəetməni itirərərək əvvəlcə "VAZ 2103"ə, sonra "VAZ 21099"a, daha sonra isə "Niva" markalı avtomobilə çırpılıb. Nəticədə qəzanı törədən sürücü, 1983-cü il təvəllüdlü Seymur Abdullayev ağır bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Həkimlər onun vəziyyətinin kafi olduğunu bildirirlər. Hadisə zamanı digər 3 sürücü xəsarət almasa da, zəncirvari qəzanın iştirakçısı olan avtomobillər yararsız hala düşüb. Faktla bağı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin