Novosibirsk-Bakı aivareysində fövqəladə vəziyyət yarandı

Hazırda oxunan: Novosibirsk-Bakı aivareysində fövqəladə vəziyyət yarandı

53742
Azərbaycanlı qız bu gün “S7” aivaşirkətinin 3299 saylı “Novosibirsk-Bakı” reysində fövqəladə vəziyyət yaradıb. 

Təyyarə bazar günü, yerli vaxtla saat 10:40-da Sibirin paytaxtından Bakıya uçuş etməli idi. Lakin 21 yaşlı azərbaycanlı sərnişinin ucbatından təyyarə 2 saat gec havaya qalxıb.

Rusiya DİN-nin Sibir Federal Dairəsinin Terrorizm İdarəsi artıq bu barədə Rusiya mətbuatına açıqlama da verib. Açıqlamada bildirilir ki, sərnişinlər təyyarənin göyərtəsində olduğu zaman xoşagəlməz hadisə baş verib. Sərnişinlər eşidiblər ki, Azərbaycan vətəndaşı olan 21 yaşlı qız kiməsə telefonla təyyarəni partladacağını dedi. İnsanlar qorxdular və dərhal bu barədə stüardessaya məlumat veriblər.

Bundan sonra, polislər sərnişinlərin özləri ilə götürdükləri bütün yükləri yoxlayıblar və buna görə də, təyyarənin uçuşu 2 saat gecikib. 

Kimliiyi açıqlanmayan həmin azərbaycanlı qız polislərə izahatında sərnişinlərin onun telefon danışığının mahiyyətini düzgün anlamadığını söyləyib.

“Azərbaycan vətəndaşı olan 21 yaşlı qız polislərə deyib ki, o, telefonda öz bacısı ilə mübahisə edirmiş və partlayış hədəsini də əsəbiləşdiyi üçün dilinə gətirib” - deyə yerli polis idarəsindən əlavə ediblər.
Düzdür, sonradan qız polisə bildirib ki, sərnişinlər onu düzgün başa düşməyiblər. (ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin