Salyanda üçotaqlı ev yandı

Hazırda oxunan: Salyanda üçotaqlı ev yandı

53603
Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır.
 
Moderator.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Salyan rayonu, Xalac kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Ağdaş rayonunda da yanğın olub. Rayonun Qarağan Sədi kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı bağ sahəsi yanğından mühafizə olunub. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin