Ölkəni cəhalət başına götürüb- Fazil Musatafa

Hazırda oxunan: Ölkəni cəhalət başına götürüb- Fazil Musatafa

53589
Moderator.az xəbər verir ki, millət vəkili Fazil Mustafa ötən gün cümə namazı qılmaq üçün getdiyi məsciddə rastlaşdığı bir xəbərdarlıq lövhəsinə aşağıdakı şəkildə etiraz bildirib:

"Bu gün İlahiyat Camisində sütundan asılmış qəribə bir xəbərdarlıq vərəqəsi diqqətimi cəlb etdi. Təqribən məzmunu belə idi: "Camidə kənar şəxslərə əlifba dərsi keçilməsinə və söhbət halqası qurulmasına icazə verilmir."

 Başqa yerlərdə camilərin qapısını açırlar ki, gəlin bir şeylər öyrənin, insanlar ibadətdən başqa həm də xeyirli işlər barədə söhbətlər aparırlar ki, cəmiyyətin faydasına bir əməl ortaya qoysunlar. Əlbəttə, yazmaq olar ki, camidə terorra çağırış, dövlət quruluşu əleyhinə təbliğat, məzhəblərarası münasibəti zədələyən təbliğat aparmaq yasaqdır, bunu hər kəs anlayışla qarşılar və doğru hesab edər. Ancaq "söhbət həlqəsi" nə deməkdir, açığı anlaya bilmədim. Nə demək istənilir, dairəvi şəkildə deyil, ancaq kvadrat şəklində söhbət aparmaq olar? Kimsə Qurani-Kərimdən başqasına ayə oxumaq və ya öyrətmək üçün caminin imamından icazəmi almalıdır? Bəlkə yazalar ki, məsciddə idmanla məşğul olmaq və ya əsnəmək qəti qadağandır? Bu qədər möhtəşəm bir əxlaq və zəka dini olan İslamı belə təqdim etməyə görə ölkəni cəhalət başına götürüb."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin