Azərbaycanda çoxsaylı insan itkisi ilə nəticələnən yol qəzaları davam edir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şənbə və bazar günləri ölkənin avtomobil yollarında 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 8 nəfər ölüb, 26 nəfər xəsarət alıb.
Azərbaycanda şənbə-bazar günləri piyadaların vurulması ilə nəticələnən yol qəzalarında 5 nəfər dünyasını dəyişib.
Moderator.az ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 16-da Şabran rayonu Taxtalar kəndində kənd sakini Mənsur Qasımov idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə yolu keçən Sumaqoya kənd sakini İlkin Şahbazovu, Goranboy rayonunun Goran qəsəbəsində Gəncə şəhər sakini Ceyhun Muxtarov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakini Əli Fəttahovu, Şabran rayonunun Sincamboyad kəndində Vahab Eynalov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış Dəvəçi kənd sakini Tahir Məmmədovu, Xətai rayonu Gəncə prospektində Bakı şəhər sakini Vüsal Rzayev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini Elmira Quliyevanı, Nərimanov rayonu Z. Bunyadov prospektində Zərdab rayon sakini Ceyhun Ağayev idarə etdiyi “QAZ-53” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əzim Əzizovu vurub. Piyadalar hadisə yerində ölüblər.


































































































