Hökməli dairəsində baş verən qəzada sürücülər hadisə yerindən qaçıb. ANS TV-nin məlumatına görə, hadisə şahidlərinin dediyinə görə ərazidə bir “Shacman” olmaqla üç avtomaşının iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisədən dərhal sonra əraziyə polis əməkdaşları cəlb olunub.
İlkin ehtimala görə “Mersedes” və “Azsamand” markalı avtomaşın “Shacman”a çırpılıb. Ancaq sözügedən avtomaşınlar ərazidən sakinlər tərəfindən uzaqlaşdırlıb.
Hüquq mühafizə orqanlarının verdiyi məlumata görə, baş verən qəzada bir nəfər ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hadisədə iştirak etmiş digər avtomaşınlar artıq axtarışdadır. Faktla bağlı cinayət işi başlanılıb.
































































































