Tanınmış klarnet ifaçısı doğum günündə intihar etdi

Hazırda oxunan: Tanınmış klarnet ifaçısı doğum günündə intihar etdi

51376
O əvvəllər ailəli olub və boşanıb, övladı yoxdur.

Şamaxı rayonunda intihar hadisəsi baş verib.

Moderator.az  xəbər verir ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Şamaxı şəhərinin Məhəmməd Hadi küçəsindəki beşmərtəbəli binanın damında qeydə alınıb.

Binanın 5-ci mərtəbəsindəki 48 saylı mənzildə yaşayan - 1973-cü il təvəllüdlü Mirzəyev Cahid Ağasəməd oğlu binanın damında elektrik naqili ilə özünü asaraq intihar edib. Toy mərasimlərində iştirak edən və Şamaxının tanınmış klarnet ustası olan Cahid Mirzəyevin bu gün 41 yaşı tamam olub. Onun doğum günü özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Məlumata görə, o əvvəllər ailəli olub və boşanıb, övladı yoxdur. 

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin