Bakı və Qazaxda ev,Cəlilabadda cücə sexi,Bərdədə taxta sexi və "MAZ" markalı yük avtomobilində yanğın baş verib

Hazırda oxunan: Bakı və Qazaxda ev,Cəlilabadda cücə sexi,Bərdədə taxta sexi və "MAZ" markalı yük avtomobilində yanğın baş verib

51173
Ötən gün respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. Moderator.az -ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 260 kv.m olan  ikimərtəbəli 6 otaqlı evdə yanğın olub. Nəticədə, evin 1-ci mərtəbəsinin 1 otağında rəf 2 kv.m sahədə yanıb. Ev yanğından mühafizə olunub.
 
Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 380 kv.m olan cücə sexinin döşəməsinə səpilmiş taxta yonqarı 300 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.   

Qazaxda da ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.Yanğın rayonun Hüseynbəyli kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 340 kv.m olan ikimərtəbəli 10 otaqlı evdə baş verib. Nəticədə evin 1-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları 170 kv.m, 2-ci mərtəbədə 2 otağın yanar konstruksiyaları 100 kv.m və dam örtüyü 170 kv.m sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.  
 
Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan taxta sexində yanğın olub. Nəticədə, sexin yanar konstruksiyaları, içərisində olan 2 ədəd dülgər dəzgahı, 6 kub.m taxta materialları və ona bitişik ümumi sahəsi 100 kv.m olan plastik qapı-pəncərə sexinin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Yanğın zamanı yüksək temperaturdan sexin içərisinə yığılmış plastik qapı-pəncərə çərçivələri əriyib deformasiyaya uğrayıb. Sexin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
 
Bərdədə daha bir yanğın hadisəsi qeydə alınıb. Belə ki, rayonun Zümürxan kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus "MAZ" markalı yük avtomobilində yanğın baş verib. Nəticədə, avtomobilin kabinə hissəsi, banına yığılmış 8 ton ot bağlamasının 3 tonu və qoşqusuna yığılmış 7 ton ot bağlamasının 2 tonu yanıb. Yük avtomobilinin, ot bağlamasının qalan hissəsi və qoşqu yanğından mühafizə olunub.  
 
Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin