Qazaxda Kürdə batan hamilə qadın axtarılır

Hazırda oxunan: Qazaxda Kürdə batan hamilə qadın axtarılır

51106
Kürün Qazax rayonu ərazisindən keçən hissəsində batan 4 nəfərdən 3-nün meyiti tapılaraq sudan çıxarılıb. Qazax rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çalışır.

Xilasedicilərin axtarışı nəticəsində Kürdə batan 1998-ci il təvəllüdlü Pərvanə Civişova, Rafiq Civişov, 1994-cü il təvəllüdlü Gülmirə Civişovanın meyidləri sudan çıxarılıb.

Hazırda ailənin hamilə qızı, 1992-ci il təvəllüdlü Aytən Civişovanın axtarışı davam edir.

Qeyd edək ki, Qazax rayonunda bir ailənin 4 üzvü ana və 3 övladı Kür çayında boğulub. Hadisə avqustun 2-si, günorta saatlarında rayonun Aslanbəyli kəndinin ərazisində qeydə alınıb. Həmin gün Civişov Tofiq Xaləddin oğlu ailəsi ilə birlikdə Kür çayının sahilində həmin kəndə qonaq gediblər. 

Bu zaman ailənin övladı 1997-ci il təvəllüdlü Civişov Rafiq Tofiq oğlu suda çimən zaman qəfildən boğulub. Ana 1968-ci il təvəllüdlü Civişova Pərvanə Əsəd qızı oğlunu xilas etməyə çalışıb. Ailənin qızları 1992-ci il təvəlldülü Civişova Aytən və 1994-cü il təvəllüdlü Gülmirə də özlərini suya atıblar. Bu zaman ailənin bütün üzvləri suda boğulublar.


ANS PRESS
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin