Bakının Nəsimi rayonu ərazisində fəhlə faciəvi şəkildə dünyasını dəyişib. Nəsimi rayon Polis İdarəsi 20-ci polis bölməsindən verilən məlumata görə,Həsən Əliyev küçəsində tikilən hündürmərtəbəli binada fəhlə işləyən 1955-ci il təvəllüdlü Süleyman Sofqulu oğlu Səfquliyev hündürlükdən yıxılıb.
Yerdə olan dəmir armatur onun bədənina girib. Fəhlə hadisə yerindəcə ölüb.
İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı 20-ci polis bölməsində araşdırma aparılır.
ANS PRESS
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.