Müdafiə nazirliyinin mətbuat xidmətindən moderator.az-a verilən məlumata görə,ötən gün keçirilən təlimlər zamanı qumbara ilə ehtiyatsız davranma nəticəsində əsgərlər Həşimli Bəhram Məhərrəm oğlu, Məmmədov Orxan Allahverdi oğlu və Ağalarzadə Rəhimağa Əsgər oğlu yüngül xəsarət alıb.
İlkin tibbi yardım göstərilən hərbi qulluqçular Gəncə qarnizon hospitalına yerləşdiriliblər. Vəziyyətləri kafidir


































































































