Məmurla polis dava etdi

Hazırda oxunan: Məmurla polis dava etdi

49134
Qubada Gənclər və İdman Nazirliyinin gənclər üçün təşkil etdiyi tədbirdə qalmaqal yaşanıb. 


Quba rayon polis şöbəsindən ANS PRESS-ə verdiyi məlumata görə, tədbir Quba rayon mərkəzində baş tutub.Tədbirdə iştirak edən Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Mehtalayevlə polislər arasında insident baş verib. İnsident zamanı M.Mehtalayev polis əməkdaşları ilə dalaşıb. Polisin tənqidlərinə tabe olmayan Mustafa Mehtalayev bölməyə aparılıb. Bölmədə müəyəyn ediblər ki, saxlanılan şəxs sərxoşdur.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsilə inzibati qaydada qərar qəbul edilib.Faktla bağlı araşdırma aparılır.

Məsələyə aydınlıq gətirmək üçün idarə rəisi ilə əlaqə yaratmaq mümkün olmayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin