Sərnişin avtobusu qəza keçirdi: 2 ölü, 1 yaralı

Hazırda oxunan: Sərnişin avtobusu qəza keçirdi: 2 ölü, 1 yaralı

48781
Göygöl rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Mderator.az xəbər verir ki, Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün saat 10 radələrində Gəncə-Daşkəsən yolunda, “Mal bazarı” adlanan ərazisində qeydə alınıb. 
“VAZ-2106” markalı avtomobillə, Gəncə şəhərinə 7 nömrəli marşrut üzrə işləyən “İsuzu” markalı avtobusun toqquşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, iki nəfər isə ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildiriblər ki, ağır vəziyyətdə gələn bir nəfər də orada dünyasını dəyişib. Ölən və yaralıların kimlikləri məlum deyil.

Hadisə ilə bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin