İŞİD-in başçılarından biri əsir düşdü

Hazırda oxunan: İŞİD-in başçılarından biri əsir düşdü

48560
İraqda İŞİD terrorçularının rəhbərlərindən biri ələ keçirilib. 

Moderator.az-ın məlumatına Əbu Abdel Rəhman ən-Naseri Tiqritdə İŞİD və İraq ordusu arasında gedən döyüşlər zamanı hərbçilərə əsir düşüb.

Əbu Abdel Rəhman ən-Naserinin iyunun 10-da İraq ordusunun 80 hərbçisinin öldürülməsində şəxsən iştirak etdiyi bildirilir.
Bundan başqa İraq ordusu Təl-Əfər şəhərində 30 terrorçunu məhv etdiyi bildirilir.

Qeyd edək ki, İŞİD bir neçə böyük şəhəri ələ keçirib. İraq ordusu isə terrorçuların ələ keçirdiyi şəhərləri geri qaytarmağa çalışır. Ölkədə qanlı döyüşlər gedir. Peşmərgələr də İŞİD-ə qarşı çıxıb. Onlar isə müstəqil Kürdistan dövlətini yaratmaq istəyirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin