Zərdab rayon sakini yıxılaraq göldə boğulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 19-da Zərdab rayonu Məlikli kəndinin ərazisində kənd sakini Əlikram Bəşirov göldə qayıqdan yıxılaraq suda boğulub. Hadisə baş verən vaxt Ə.Bəşirov qayıqla göldə balıq tuturmuş.






























































































