Piyadanı xəstəxana yaxınlığında xəstəxanalıq etdilər
Hazırda oxunan: Piyadanı xəstəxana yaxınlığında xəstəxanalıq etdilər
47955
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən qəza olub. Moderator.az məlumatına görə, Respublika Klinik Xəstəxanasının yaxınlığında piyada yolu keçmək istəyərkən VAZ 21015 markalı avtomobil onu vurub. Bu zaman arxadan gələn “Mersedes” markalı avtomobil VAZ-21015-i dəyib. Nəticədə hər iki avtomobilə ciddi zərər dəyib.
20-25 yaşlı piyada ağır xəsarətlərlə Təcili Tibbi Yardım maşını ilə yaxınlıqdakı Respublika Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Dövlət Yol Polisi əməkdaşları araşdırmalara başlayıb.