Şəkidə xərçəng xəstəsi olan qadın özünü asıb

Hazırda oxunan: Şəkidə xərçəng xəstəsi olan qadın özünü asıb

47045
Şəki rayonunda intihar hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, Şəki rayon-şəhər Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Aşağı Göynük kəndində qeydə alınıb.

 Rayonun Aşağı Göynük kənd sakini, 1965-ci il təvəllüdlü Mərhəmət Süleyman qızı Rüstəmovanın meyiti yaşadığı evin həyətindəki tövlədə asılmış vəziyyətdə aşkar edilib. Mərhəmət Rüstəmovanın üç övladının olduğu və son zamanlar xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

 

Faktla bağlı Şəki şəhər Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin