Bakıda idarə işçiləri qəzaya düşdü -VİDEO

Hazırda oxunan: Bakıda idarə işçiləri qəzaya düşdü -VİDEO

46949
Bakının Nəsimi rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Moderator.az ANS PRESS-ə istinadən xəbər verir ki,Vaqif prospektilə hərəkətdə olan “KİA” markalı avtomobil Mirəli Qaşqay küçəsilə kəsişmədə Nəsimi rayon Qaz İstismarı İdarəsinin əməkdaşlarının olduğu “QAZ-3110” markalı avtomaşınla toqquşub. Toqquşmanın gücündən “QAZ-3110” markalı avtomaşın yoldan kənara düşüb və qaz kəmərini zədələyib. Nəticədə ətrafa qaz sızmağa başlayıb. 
“KİA” markalı nəqliyyat vasitəsi isə toqquşmadan sonra yolun kənarında dayanan “Nissan” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində “QAZ-3110” markalı avtomobildə olan iki nəfər - 61 yaşlı Nəcəfov Namaz Oruc oğlu və 30 yaşlı Əliyev Tural Lətif oğlu xəsarət alıb. Yaralılar dərhal təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Xəstəxanaya yerləşdirilib. 
İlkin ehtimala görə, qəzaya “KİA” markalı avtomobilin sürücüsünün işıqforun qadağanedici işığına məhəl qoymaması və hərəkətini davam etdirməsi səbəb olub. Qəzadan sonra sürücü hadisə yerini tərk edib. 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin