"Bir dostum Pitbull cinsi itini bir neçə günlüyə mənə əmanət etdi. Normalda çox itaətli olan it Makenzi adlı qızımla oynayarkən birdən hücum etdi. Qızımı qurtarmaq üçün itin üzərinə atlayaraq möhkəmcə tutdum və vurmağa başladım. İtin hücumunun qarşısnı almaq üçün onun qulağını qopardım. Bir tərəfdən itlə boğuşarkən polisə zəng etdim. Hadisə yerinə gələn polislər iti vuraraq yatızdırdılar. Başı, üzü, əli və ayaqları yaralanan qızım isə xəstəxanaya aparıldı".
Qeyd edək ki, Pitbul cinsi itlər 1,5 tonluq təzyiqlə qurbanını dişləyir. Bu növ itlər dişlədikləri yeri asanlıqla buraxmırlar.
































































































