Ramil Usubovun və Ramiz Zeynalovun menyüsünə...

Hazırda oxunan: Ramil Usubovun və Ramiz Zeynalovun menyüsünə...

44967
Son vaxtlar "avtoş"ların paytaxt yollarında sözün həqiqi mənasında misilsiz qudurğanlıq etməsi haqlı olaraq ölkədəki məmur özbaşınalığının əndazəni aşması kimi lənətlə qınanılır. Eyni zamanda yol polislərindən də narazılıq pik həddə çatıb və insanlar bu qurumun gücsüzlüyündən, məmurların özlərinin, ərköyün balalarının, sevgililərinin və katibələrinin əlində mağmın durumda qalmalarından hədsiz qəzəblidir. 
Dünən mətbuatda AZ seriyalı maşınların prokurorluq orqanlarına məxsus olmasıyla bağlı yayılan xəbərlərə Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis polkovnki Kamran Əliyevin sərgilədiyi mövqe bizi bu mövzuya təkrar müraciət etməyə sövq edib.
Belə ki, keçən ilin mart ayının 31-də Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə Badamdar ərazisində, qəsəbənin düz ortasında qara rəngli 10 AZ 306 nömrəli, "Toyota Kamri" markalı avtomobillə vurulub. (Zərbədən avtomobilin sağ güzgüsü qırılıb və zərərçəkmiş onun fotosunu bölmənin təhqiqatçısına təqdim edib) Z. Hüseynzadə səhərisi gün Kamran Əliyevin şəxsən qəbulunda olaraq ondan kömək istəyib. Ona bildirilib ki, prokurorluq orqanlarına verilən seriya 200-ə qədərdir və həmin maşın hansısa bir "Paralel MMC" adlanan quruma məxsusdur. Bundan sonra K. Əliyev zərərçəkmişə hadisə baş verən ərazinin polisinə- Səbail polis idarəsinin 8-ci polis bölməsinə müraciət etməli olduğunu bildirib. Z. Hüseynzadə də gedib ərizəsini yazıb və bölmənin təhqiqatçısı etiraf edib ki, biz həmin maşını tapa bilməyəcəyik, sən şəhərdə həmin maşını nə vaxt tapsan xəbər ver. Ötən müddət ərzində iki dəfə həmin maşınla bağlı məlumat verilsə də yenə də heç bir tədbir görülməyib. Bundan sonra məsələ gündəmdən çıxıb və polisin insafına, təhqiqatçının vicdanına buraxılıb...

Amma indi bu müəmmalı yol-nəqliyyat hadisəsinin üstünün açılması və günahkarın cəzalandırılması üçün ümidlər yarandığı üçün onu yenidən diqqətə çatdırmağı qərara aldıq...
Biz fürsətdən istifadə edib daxili işlər naziri Ramil Usubova, BDYP rəisi Ramiz Zeynalova müraciət edirik ki,  həmin avtomobilin tapılıb sahibinin məsuliyyətə cəlb edilməsini təmin etsinlər. Əks halda bütün rəsmi və qeyri-rəsmi səviyyədə dilə gətirilənlərin vətəndaşları aldatmaqdan, cəmiyyətin emosiyasını söndürməkdən başqa heç nə ifadə etmədiyi mənzərəsi yaranacaq...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin