Bakıda güclü partlayış - YENİLƏNİB, FOTO

Hazırda oxunan: Bakıda güclü partlayış - YENİLƏNİB, FOTO

44948
Bu gün səhər saatlarından Bakının Sabail rayonu Bayıl ərazisindəki güclü yanğın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft çənində baş verib. Qurumun mətbuat katibi Nizaməddin Quliyevin ANS PRESS-ə verdiyi açıqlamada bildirib ki, yanğın Mərkəzi neft yığma məntəqəsində qeydə alınıb.

“Hadisə barədə yaxın saatlarda ətraflı məlumat veriləcək. Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb”, - deyə Nizaməddin Quliyev bildirib.

***10:34

Bu gün səhər saatlarından Bakının Sabail rayonu ərazisində güclü yanğın başlayıb. 

Hadisə şahidlərinin ANS RESS-ə verdikləri məlumata görə, yanğın Bayıl ərazisindəki neft sisternində baş verib. Deyilənlərə görə, yanğından əvvəl güclü partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın barədə onlara xəbər verilib. İkinci çağırışla hadisə yerinə 5-dən çox yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Hazırda yanğınsöndürənlər alovun qarşısını almağa çalışır.

Hadisə yerinə jurnalistlər də gedib. Lakin hələlik kütləvi informasiya vasitələri hadisə yerinə buraxılmır.









Foto: 1news.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin