Moderator.az-ın məlumatına görə, saat 11 radələrində əlində bir dəstə gül və tapança olan bir şəxs orta məktəbə daxil olub. Gənc məktəbin həyətinə girərək, əlindəki silahdan havaya atəş açıb. Silah səsinə məktəbin mühafizə xidməti və şagirdlər panikaya düşüblər. S.Ö. adl şəxs məktəbdə təhsil alan sevgilisini görmək istədiyini bildirib.
Onunla söhbət zamanı, hadisə yerinə polis əməkdaları gəlib. Polislər S.Ö.-nün fikrinin yayındığı bir vaxt, onun əlindəki silahı ala biliblər. S.Ö. dərhal həbs edilib.
O, polisə verdiyi məlumatda bildirib ki, sevgilisilə dalaşıb. İndi isə sevgililər günündə onunla barışmaq istəyib. Buna görə də, sevgilisinə surpriz hazırlamaq istəyib.




































































































