Bayıla divar çəkilir

Hazırda oxunan: Bayıla divar çəkilir

41132
Son günlər ölkədə höküm sürən qarlı hava şəraiti bəzi sürüşmə sahələrində aktivləşməyə səbəb olub. Mütəxxəsislər sürüşmə sahələrinə yağan qarın əridikdən sonra daha ciddi fəsadlar törədəcəyi qənaətindədirlər. Bayıl, Zığ, eləcə də Əhmədli qəsəbəsinin Gəncə prospektindəki sürüşmə sahələri təhlükəli zonalar hesab olunur.Tək paytaxt deyil, elə bölgələrdə də Şamaxı, İsmayıllı rayonunun bəzi kəndlərində, Lənkəran -Lerik yolundakı sürüşmə sahələrində də gərginlik müşahidə edilir.

Bayıl sürüşmə zonasında qarlı hava şəraitinə baxmayaraq təhlükəsizliyin təmin olunması üçün işçi qrupu və ağır texnika çalışır. Sürüşməyə meyilli süxurlar üçün istinad divarları hazırlanır. 

Sürüşmə sahələrində istinad divarları çəkilir. 

Ərazidə aparılan işə nəzarət edən iş icraçısı Kamil adlı şəxs deyir ki, ərazidə artıq sürüşmə təhlükəsi minimuma endirilib. Süxurlar hamarlanıb, su xətləri çəkilib, tezliklə ərazidə yaşıllıqlar da salınacaq. Bir vaxtlar bomboş düzənliyi xatırladan sahə bina sakinləri üçün istirahət parkına çevriləcək. Amma bütün bu işləri həyata keçirməklə yanaşı, ərazidə sürüşmə təhlükəsi ilə əlaqədar mütəmadi monitorinqlər aparılır. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitunun direktor müavini Elbrus Əlizadə sürüşmə sahələrində monitorinqlərin davamlı şəkildə aparılmasını vacib hesab edir .

ETSN -dən də bildirirlər ki mövsümlə əlaqədar sürüşmə sahələrində ekspedisiya işçiləri müşahidələr aparır, sürüşməyə meyilli magistral yollar da mütəmadi olaraq onların nəzarətindədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin