“Rəsulzadənin büstünün sökülməsi xəbəri yanlışdır” - Rəsmi açıqlama

Hazırda oxunan: “Rəsulzadənin büstünün sökülməsi xəbəri yanlışdır” - Rəsmi açıqlama

40884
Gəncə Şəhər İcra Hakimiyyəti Məhəmməd Əmin Rəsulzadənin büstünün sökülməsi xəbərini təkzib edib.    Qurumun mətbuat xidmətindən 
Moderator.az-a daxil olan məlumata görə, Gəncə şəhərində yerləşən “Dəmiryolçular parkı” Azərbaycan Dəmir Yolları QSC-yə aid olduğu üçün Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir təmir işi həyata keçirilə bilməz. Məhəmməd Əmin Rəsulzadənin büstünün sökülməsi xəbəri isə yanlışdır.  Qeyd edək ki, bu gün saytımızda Müsavat.com-a istinadən “Rəsulzadənin büstü söküləcək” başlıqlı xəbər gedib. Həmin xəbərdə M. Ə.Rəsulzadənin Gəncə şəhərindəki dəmiryolçuların mədəniyyət və istirahət parkında qoyulmuş büstünün çayxanaya görə söküləcəyi bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin