Moderator.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Səbail rayonunda baş verən hadisə nəticəsində bədəninin böyük hissəsi yanan Məleykə İntizam qızı Bayramlı hadisə baş verən yerə ağlaya-ağlaya gəlib. "Qız "məni zorladılar, məni zorladılar, Tutun onları" deyə ağlayandan sonra özünə od vurub. Qız yana-yana maşınlara tərəf qaçmağa başlayıb. Dərhal yaxınlıqdakı mühafizə polisinin əməkdaşları öz geyimləri ilə alovu söndürüblər".
Qeyd edək ki, qızın bədəninin 75 faizi yanıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Qızın bədənində 3-cü dərəcə yanıqlar var.
Məleykə Bayramlı əslən Lənkəran rayonundandır.
































































































