Qobustan rayonu, Təsi kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli, 6 otaqlı evin 5 otağının yanar konstruksiyaları 150 kv.m sahədə yanıb. Evin qalan hissəsi və evə bitişik tikilmiş talvar yanğından mühafizə olunub.
Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.





























































































