“Qafqaz City” hotelinin qəbul-qeydiyyat şöbəsi məsələ ilə bağlı “burada idi, ancaq indi hal-hazırda hoteli tərk edib” deyə bildirib. Lakin hotelin idarəçisi qeydiyyat şöbəsinin məlumatını təkzib edib: “Xeyr, burada qalmayıb. Bakıda ”Qafqaz" adlı başqa hotel də var, bəlkə, orada qalıb". Türkiyə mətbuatı yazır ki, Bilal Ərdoğanın Bakıdan Batumiyə getməsi barədə iddialar var. Onun qaldığı iddia edilən “Qafqaz City” hotelinə gəlincə, Türkiyə mətbuatının araşdırmaları zamanı bu obyektin “Gilan Turizm” şirkətinə bağlı olduğu üzə çıxıb. “Gilan Turizm” isə “Gilan Holdinq”ə daxildir. Bu holdinqin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu deyilir.

- A-
- A
- A+
Hadisə
11:32 / 12.01.2014
Ərdoğanın oğlu Bakıda gizlənib?
Hazırda oxunan: Ərdoğanın oğlu Bakıda gizlənib?
Hazırda oxunan: Ərdoğanın oğlu Bakıda gizlənib?
39718
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































