Argentinanın Vilya Qessel şəhərində yerləşən çimərlikdə istirahət edən sakinləri ildırım vurub. "Reuters"in Argentinanın "Telam" rəsmi xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ildırım vurması nəticəsində 3 nəfər ölüb, 22 nəfər xəsarət alıb.
Ölənlərin çimərlikdə oyun oynayan 17-20 yaşlı gənclər olduğu bildirilir. Xəsarət alanlar arasında da 6 uşaq var.
Hazırda Argentinada yay fəsli olduğundan, çimərlikdə adam çox olub.
Buenos-Ayres əyalətinin qubernatoru Daniel Sçilio baş vermiş hadisəni «çimərlikdə olan ailələrin gözləmədiyi faciə» adlandırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.